44
İmamı də`vət edənlər arasında Həbib ibn Məzahir kimi xalis
şiələr azlıq təşkil edirdi. Kufə əhlinin çoxunu imama üz tutmağa
vadar edən son iyirmi ildə əməvilərdən gördükləri zülm-sitəm idi.
Bə`ziləri isə, sadəcə, Kufənin əvvəlki əzəmətini geri qaytarmaq
üçün imamın (ə) gəlişini dəstəkləyirdilər.
İmamı də`vət edənlər arasında öz nüfuzunu qorumaq uğrunda
çalışan qəbilə başçıları da vardı.
İbn Ziyad Yezidin əmri ilə Kufəyə daxil olduqdan sonra rahat
nəfəs alan Əməvi tərəfdarları onun başına toplaşdılar. İbn Ziyad
Kufəyə daxil olan xalqın an imam Hüseynə (ə) olan rəğbətini hiss
etmişdi. O, şəhərə başında qara əmmamə, üzü örtülü şəkildə
girdiyindən əhali onun imam Hüseyn (ə) olduğunu zənn edib,
qarşılamağa çıxmışdı.
106
Təhlükəni dərindən hiss edən ibn Ziyad Bəsrə təcrübəsini işə
salaraq, tərəfdarlarının köməyi ilə qiyamı yatırmaq üçün fəaliyyətə
başladı. Qəddar hakim üçün həqiqi şiələrin azlıq təşkil etdiyi
cəmiyyəti susdurmaq çətin olmadı.
Dostları ilə paylaş: