Шүбһә доғуран суаллар


Sual 25: Qur`anın tərcüməsi təhrif oluna bilərmi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə11/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   7   8   9   10   11   12   13   14   ...   60
Şübhə doğuran suallar

Sual 25: Qur`anın tərcüməsi təhrif oluna bilərmi? 
Cavab: Söhbət iki növ təhrifdən getməlidir: sətri təhrif və 
mə`na təhrifi. Qur`anın göndərilməsinin əsas səbəbi ondan əvvəlki 
ilahi kitabların sətri təhrif olunmasıdır. Məsələn, İncil və Tövratda 
sözlər və cümlələr artırılmış və azaldılmışdır. Qur`anda belə bir 
təhrif mümkünsüzdür. Ötən 1400-il ərzində Qur`anın bir cümləsi 
və ya kəlməsi dəyişdirilməmişdir. Sözsüz ki, söhbət Qur`anın 
nazil edildiyi ərəb mətnindən gedir. Amma Qur`anı izah edərkən 
onu mə`naca təhrif etmək mümkündür və bu gün İslam dini 
qarşısında ən böyük problemlərdən biri budur. 
Qur`anın tərcümələrində isə hər iki təhrif mümkündür. 
Tərcümə sırf ədəbi prosesdir və iki tərcümənin üst-üstə düşməsi 
qeyri-mümkündür. Tərcüməçi sözləri artırıb əskiltməklə ayələrin 
mə`nasını dəyişə bilər. 
Sual 26: On ikinci imam həzrət Mehdinin (ə) Xəzra adasında 
(Bermud adaları ehtimal olunur) olması doğrudurmu? 
Cavab: Tarix boyu insanların e`tiqadından sui-istifadə 
olunmuşdur. Nəfsinə uyan insanlar Qur`an ayələrini belə, öz 
xeyrlərinə təfsir etməkdən çəkinməmişlər. Bu çox ağrılı 
mövzudur.


15 
Əsrin imamının Xəzra adasında olması barədə din alimlərinin 
mö`təbər hesab etmədiyi bir hədis var. Bu hədisi nəql edən şəxs 
(Əli ibn Fazil Mazəndərani) haqqında qəti bir fikir yoxdur. Əgər 
rəvayət özü mö`təbər deyilsə, onun tətbiqi, yə`ni Xəzra adasının 
Bermud üçbucağında olması iddiası tam əsassızdır. 
Sual 27: İrfan məktəbində din və siyasət arasında hansı əlaqə 
var? 
Cavab: Dinin üç əsası var: e`tiqad, əxlaq və əməl. Heç bir din 
bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç 
əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən 
şəxsin dini biliyi naqisdir. 
Amma insanların düşüncə tərzi və qavrayış tutumu müxtəlif 
olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər 
salsaq əsasən üç baxışla rastlaşarıq: e`tiqadı əsas götürən fəlsəfi 
baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi 
baxış. 
Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan 
tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini 
siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən 
həqiqi irfan siyasətdən ayrı deyil. Həzrət Peyğəmbərin (s) və 
həzrət Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən 
uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan 
Allahın göstərişlərini icra etmək mümkünsüzdür. Özünü dindən 
ayırmayan irfan dini siyasətdən ayıra bilməz. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin