Sual 58: İmamın (ə) İslam hökuməti qurmaq istəyi vardımı?
Cavab: Belə bir baxış ilk dəfə şiələr arasında Seyyid
Mürtəza
91
tərəfindən bəyan olunmuşdur. İmamın (ə) Kufəyə doğru
hərəkəti haqqında verilən suala alim belə cavab verir: “Ağamız
Əba-Əbdillah (i. Hüseyn (ə)) yalnız öz qövmünün əhd və
əqidəsinə əmin olduqdan sonra, hakimiyyəti ələ almaq üçün
Kufəyə yola düşdü.
92
Amma bu nəzəriyyə digər şiə alimləri
arasında tərəfdar tapmadı. Şeyx Tusi, Seyid ibn Tavus, əllamə
Məclisi kimi böyük alimlər bu baxışı rədd etdilər.
93
Dövrümüzün bə`zi yazarları qeyri-şiələrin şübhələrinə cavab
vermək üçün bir daha bu nəzəriyyəni diriltmək istəmişlər. Amma
şəhid Mütəhhəri, doktor Şəriəti kimi şəxsiyyətlər uyğun
nəzəriyyəni qəbul etməmişdir. Bu nəzəriyyəyə qarşı əsas irad
imam Hüseynin (ə) qeyb elminin nəzərdən qaçırılmasıdır.
Amma həmin nəzəriyyənin mahiyyəti, yə`ni islami hökumət
qurmaq məqsədi ilə Yezidə qarşı qiyam qaldırılması Seyyid
Ruhullah kimi yüksək şəxsiyyətlər tərəfindən təsdiq olunur. O,
müxtəlif məqamlarda bu məsələyə toxunur, dini hökumət
qurulması üçün İmamın (ə) sə`ylərini müqəddəs Aşura qiyamının
əsas məqsədlərindən biri kimi qeyd edir. Onun Nəcəfdəki
çıxışlarından birinə nəzər salaq : “İmam Hüseyn (ə) Müslim ibn
Əqili xalqı bey`ətə də`vət etmək üçün göndərdi. O, zalım
hökuməti yıxmaq, islami bir hökumət qurmaq istəyirdi.”
94
Bu nəzəriyyənin isbatı üçün bir sıra dəlillər gətirilir:
Mədinədən çıxarkən İmamın (ə) sadaladığı üç hədəf (islah,
əmr be mə`ruf, Peyğəmbər və Əli (ə) yolunun davamı) uyğun
nəzəriyyənin ən tutarlı dəlilidir.
95
Əlbəttə ki, ən böyük islah islami
hökumət qurulması sayəsində mümkün olur. Əmr be mə`ruf və
nəhy əz münkərin (yaxşıya əmr, pisə qadağa) ən ali dərəcəsi islami
hökumətə xas bir işdir. Yalnız İslam hökumətində şər`i hakim
səlahiyyət sahibi olur. İkinci bir tərəfdən, imam Peyğəmbər (s) və
Əlinin (ə) yolunu xatırlatmaqla onların hakimiyyətinə işarə edir.
91
2. 355-436.
92
“Şəhid Fateh”, s. 170.
93
Həmin mənbə.
94
“Səhifəyi nur”, c. 1, s. 174.
95
“Biharul-ənvar”, c. 44.s.329.
40
Kufəlilərin hazır qoşunu və imama ehtiyacdan danışan
məktubu bir daha sübut edir ki, onlar Yezid hökumətini qeyri-
qanuni bilir və İmamın (ə) Kufəyə gəlib hökumət qurmasını
istəyirdilər. Həzrət onların istəyinə cavab olaraq Kufəyə doğru
hərəkət etdi. Kufənin şiə başçılarının yazdığı bir məktubda belə
deyilir: “Bizim rəhbərimiz yoxdur. Bizə tərəf gəlsən, ümid var ki,
Allah sənin vasitənlə bizi haqqa çatdıra…”
96
İmamın Müslim ibn Əqil vasitəsi ilə Kufəyə göndərdiyi ilk
cavabda imamət və hökumətin təşkili məsələsinə toxunulur. İmam
(ə) buyurur: “Mən bütün dediklərinizi anladım. Birinci sözünüz
budur ki, bizim rəhbərimiz yoxdur.” İmam qərara gəlir ki, Müslim
Kufəyə gedib, onların istəyini təsdiq etdikdən sonra Kufəyə üz
tutsun.
97
İmam (ə) öz məktubunda şəriət hökmlərinin bəyanından yox,
hökumət məsələlərindən danışır. İmam (ə) yazır: “Yalnız o şəxs
imam kimi tanına bilər ki, Allahın kitabını bilsin, ədaləti bərpa
etsin, həqiqətə bağlansın və bütün sə`ylərini Allahın yoluna
yönəltsin.”
98
Müslim ün Kufədəki fəaliyyəti, kufəlilərdən bey`ət alması,
bey`ət edənlərin siyahısının tutulması bir daha imam Hüseynin (ə)
Kufədə hökumət qurmaq məqsədini açıqlayır.
Bəni-Üməyyə tərəfdarlarının Yezidə yazdıqları məktublarda
Kufədə Müslim tərəfdarlarının artmasından duyulan həyəcan öz
əksini tapır. Onlar Kufənin əldən çıxacağından qorxurlar.
Məktublardan birində deyilir: “Əgər Kufəyə ehtiyacın varsa güclü
bir şəxsi oraya hakim göndər ki, əmrini yerinə yetirib, düşməninlə
sənin kimi rəftar etsin.”
99
Kufəlilərin imamı (ə) istəməsi barədə Müslim ün ona
göndərdiyi xəbər bu müddəanın tutarlı dəlillərindəndir. İmam (ə)
yoldan kufəlilərə yazıb, Qeys ibn Müsəhhər vasitəsi ilə göndərdiyi
məktubda onların daha ciddi çalışmalarını istəyir. Məktubda
buyurur: “Müslim dən məktub aldım ki, bizə gömək etməyə və
haqqımızı düşməndən almağa hazırsınız. Allahdan istəyirəm ki,
işimizi xeyrə döndərsin və sizə böyük mükafat əta etsin. Həmin
məktubdan sonra zilhəccənin səkkizinci günü Məkkədən çıxıb,
96
“Vəq`ətul-təf”, s.92.
97
“Vəq`ətul-təf”, s. 91.
98
Həmin mənbə.
99
Bəq’ətul-təf, səh.101.
41
sizə doğru hərəkət etdim. Mənim elçim sizə yetişən kimi sürətlə
hazırlaşın,
işinizdə
ciddi
olun.
Mən
tezliklə
sizinlə
görüşəcəyəm.”
100
Dostları ilə paylaş: |