46
iştirakı müqabilində tə`yin olunmuşdu. Bu ianələri almaqda davam
edən ərəblər heç bir işə maraq göstərmirdilər. Onlar işləməyi
özlərinə sığışdırmırdılar. Kufəlilər hökumətdən nağd puldan, əlavə
xurma, buğda, arpa, yağ və sair yardımlar alırdılar. Bu ianələr
ərəbləri tam şəkildə dövlətdən asılı edirdi. Ümumiyyətlə, bütün
müstəbid hökumətlər xalqın bu zəif nöqtəsindən ustalıqla istifadə
edirlər.
Müslim , ibn Ziyadın qəsrini mühasirəyə aldığı vaxt o,
Müslim ün ətrafındakılara e`lan etdi ki, dağılışıb gedənlərin ianəsi
artırılacaq, qiyam davam etsə, iaənələr kəsiləcək. İbn Ziyad bu
gedişi ilə otuz minlik Kufə qoşununu imam Hüseynə qarşı
müharibəyə vadar etdi. Hansı ki, qoşundakıların çoxu qəlbən
imama bağlı idi.
İmam Hüseyn (ə) bu gedişləri yaxşı dərk edirdi. Həzrət (ə)
Aşura günü kufəlilərə üz tutub dedi: “Hamınız mənə qarşı çıxıb,
sözlərimi dinləmirsiniz. Çünki sizə verilən ianələr haramdandır,
qarınlarınız haramla dolub. Bu səbəbdən də qəlbləriniz
möhürlənib.
110
Dostları ilə paylaş: