82
Ширин
Ханым Кяримбяйли Шадиман
MƏNİ BU TALELƏ
TƏK BURAXMAYIN
Dərmansız
dərdimə çara demədim,
Mənim deməyimə siz heç baxmayın.
Yaram qan axıtdı
yara demədim,
Məni bu talelə tək buraxmayın.
Siz ey varlığımdan
xəbər tutanlar,
Dəli harayıma
gəlib çatanlar,
İstəklə
könlümdə birgə yatanlar,
Məni bu talelə tək buraxmayın.
O ürək ağrısı, o can sovqatı,
Heç zaman düzəlməz daha ovqatı,
Əzabdan əzaba bükülür qatı,
Məni bu talelə tək buraxmayın.
İynə ucu boyda işığı yoxdu,
Onun qəlbim kimi aşığı yoxdu,
Zəhəri udmağa qaşığı yoxdu,
Məni bu talelə tək buraxmayın.
Mən can deyəniyəm, o can alanı,
Nə doğrusu varmış, nə də yalanı,
Bircə ümid imiş olub-qalanı…
Məni bu talelə tək buraxmayın.
Şadiman hicrandan boylanıb baxır,
O nə kürədir ki, yandırıb yaxır,
Yenə göylərində ulduzu axır,
Məni bu talelə tək buraxmayın,
Məni bu talelə tək buraxmayın.
05.03.2011