147 Сечмяляр (шеирляр)
OCAĞIYLA YANDIRAN Bu dünyanı ocağıyla yandıran,
Sinəmdəki oda-közə neyləyim?
Bir günəş yox, min günəşi andıran,
Bu atəşli yanar közə neyləyim?
Dəli könlü məhvərindən qoparan,
İlhamımı pak evinə aparan,
Ürəyimi xəncər ilə tən yaran,
Bulaq təki qaynar sözə neyləyim?
Sona kimi çeşmələrdə dolaşan,
Qartalları zirvələrdə yarışan,
Hər ah üçün sinəm üstə vuruşan,
Hər addıma, hər bir izə neyləyim?
Eniş-yoxuş bilmib yollar gedibdi,
İztirabı sinəm için didibdi,
Duyğuları çöldə Məcnun edibdi,
Bükülməyən məğrur dizə neyləyim?
Həsrətiylə biyabanda ağladan,
Bağlanmayan qapısını bağladan,
Sinəsini ocağında dağladan,
Məhəbbəti gəldi gözə, neyləyim?
Şadimanı hisslər ilə oynadan,
Çeşmə təki bağrın, köksün qaynadan,
Min-min könül baxdı keçdi aynadan…
Mənim könlüm baxmaz sözə, neyləyim?
22.11.1987