Shirin xanim Sechmeler 4-cu ktab indd


Сечмяляр (шеирляр)  GÖZBƏBƏYİM



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə105/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   101   102   103   104   105   106   107   108   ...   282
149
Сечмяляр (шеирляр)
 GÖZBƏBƏYİM 
Sənsiz bil ki, mənə aləm
Talan oldu, gözbəbəyim.
Ayrılığın sinəyə qəm
Salan oldu, gözbəbəyim.
Hicranının ocağında
Yandı ömür bu çağında.
Ürək həsrət qucağında
Qalan oldu, gözbəbəyim.
Könül verdim, əhdi dandın,
Özgəsiylə oda yandın.
Söylə, görüm niyə andın
Yalan oldu, gözbəbəyim?
Niyə yetməz haqqa dua
Qapımızdan qəmi qova?
Bulud gözdə qurdu yuva
Dolan oldu, gözbəbəyim.
Ey Şadiman, qəm başımda,
Yalvarış yox göz yaşımda.
Demə mənə bu yaşımda,
Olan oldu, gözbəbəyim.
 29.04.1997


150
Ширин Ханым Кяримбяйли Шадиман
KAŞ OLMAYAYDI… 
Vüsalı saralan bir bahar kimi,
Bəxtimiz hicrana tuş olmayaydı.
Sənin ürəyində sevgi həsrəti,
Mənim gözlərimdə yaş olmayaydı.
Nə xoşbəxt olardıq ikilikdə biz?
Zülmət gecəmiz də süd kimi gündüz,
Əhdi-ilqarımız, peymanımız düz,
Ayrılıq vüsaldan baş olmayaydı.
Həsrət sinəsini cırıb töksə də,
Kədər badəmizə zəhər töksə də,
Aydın fəzamıza zülmət çöksə də,
Günəşi qaralan qış olmayaydı.
Uçub əlimizdən getdisə günlər,
Qədər bəxtimizə saldı düyünlər,
Dəli ayrılığa uyan beyinlər,
Min bir hava çalan baş olmayaydı.
İllərin qəmindən boşalıb dolan,
Hər günü yarpaqtək saralıb solan,
Hicranın əlində oyuncaq olan,
Məcnun sevgimizdə yaş olmayaydı.
Bizi bir-birindən aralı qoyan,
Qaniçən cəlladtək dərilər soyan,
Şeytanın, iblisin dilinə uyan,
Həsrətin sinəsi daş olmayaydı.
İndi bu ürəkdir cəfalar çəkən,
İlk məhəbbət adlı ağır yük çəkən,
Sinəmi oduyla yandırıb tökən,
Çəkdiyim ağrılar boş olmayaydı.


151
Сечмяляр (шеирляр)
Şadiman hardadır, sən isə harda?
Odlu duyğularsa boranda, qarda,
Sevgimiz beləcə qalıbdı darda.
Dünyada ayrılıq kaş olmayaydı,
Dünyada ayrılıq kaş olmayaydı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin