155
Сечмяляр (шеирляр)
OLMASIN
Ey sevgilim, hicran vaxtı,
Kipriklərin nəm olmasın.
Tanrı xoşbaxt etsin baxtı,
Aralıqda qəm olmasın.
Səadətin buta-buta,
İraq olsun min yol xata,
Bir yol gəldik bu həyata,
Bir gün də pis dəm olmasın.
Ömrü vuraq başa həlal,
Uzaq olsun qüssə, məlal,
Gəlməsin heç eşqə zəval,
Sevinc bizdən kəm olmasın.
Haqdan gələn alın yazım,
Sənlə gəlir bahar, yazım,
Sənlə dinir könül sazım,
Zili olsun, bəm olmasın.
Həyatımız çiçəkləsin,
Gülü min-min ləçəkləsin,
Hər arzumuz gerçəkləsin,
Səadətdən dəm olmasın.
Şadimanın ağ telində,
Cəfa ömrün hər ilində,
Ay sevgilim, o dilində
Bir yol acı təm olmasın.
28.04.1997
|