Shirin xanim Sechmeler 4-cu ktab indd


Сечмяляр (шеирляр) O BAXIŞLAR



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə109/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   105   106   107   108   109   110   111   112   ...   282
157
Сечмяляр (шеирляр)
O BAXIŞLAR 
İsindirir günəşiylə,
Can alandı, o baxışlar.
Qəlbə odu, atəşiylə,
Hey qalandı, o baxışlar.
Hicran adlı qorxu oldu,
Köksə həsrət oxu oldu,
 Acı-şirin yuxu oldu…
Ah, yalandı, o baxışlar.
Qoydu gözdə diləyimi,
Yıxdı ümid dirəyimi,
Gürzə təki ürəyimi, 
Tez çalandı, o baxışlar.
Hicranın acı təmi,
Kimə deyim bu sitəmi?
Nə bitmədi heç matəmi,
 Nə talandı o baxışlar. 
Şadiman da yaz çiçəyi,
Şeh toxuyur tər ləçəyi,
Dilim desə lap gerçəyi,
Qan salandı, o baxışlar.
 13.03.1997 
 


158
Ширин Ханым Кяримбяйли Шадиман
SƏNİNLƏ 
Sinəmdəki duyğularım baş-başa,
Ay sevgilim, sükuta dal, gəl dinlə.
Səadətə birgə edək tamaşa,
Qəlb yoldaşım, can sirdaşım, səninlə.
Yaman olur dünyada el qınağı,
Göz yaşımız üşütməsin yanağı,
Dəf eləyək hər müşkülü, sınağı,
Qəlb yoldaşım, can sirdaşım, səninlə.
Əsdirməsin fələk vaxtsız yelləri,
Soldurmasın bağçamızda gülləri,
Məhəbbətlə başa vuraq illəri…
Qəlb yoldaşım, can sirdaşım, səninlə.
Sarmaşıqtək əhdimizə sarışaq,
Bu sevdaya qan bir olub qarışaq,
Məzaradək atəş ilə alışaq…
Qəlb yoldaşım, can sirdaşım, səninlə.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin