Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман  TƏK SƏNƏ QOVUŞMAĞA



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə117/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   113   114   115   116   117   118   119   120   ...   282
164
Ширин Ханым Кяримбяйли Шадиман
 TƏK SƏNƏ QOVUŞMAĞA 
Bəbəklərim qan ola,
Hicran saçımı yola,
Dözüb gedərəm yola,
Ələmdən sovuşmağa,
Tək sənə qovuşmağa.
Oyat məni bir səhər,
Qədəhimə süz zəhər,
Sanaram bu qəm, qəhər,
Vüsalla barışmağa,
Tək sənə qovuşmağa.
Könül bağda gül ola,
Eşqin bir bülbül ola,
Qəlb odunda kül ola…
Göz-gözdən alışmağa,
Tək sənə qovuşmağa.
Gəl, gülüm, eşq bağına,
Gül töküm qucağına,
Düşmüşəm ocağına…
Oduna qarışmağa,
Tək sənə qovuşmağa. 
 12.05.1997
 
 NƏ VAR 
Mənə ürəyində olan eşqini
Sənin gözlərindən bilməyə nə var?
Könlümdə yurd, yuva salan eşqini
Hicranın qəlbimdən silməyə nə var?
Büllurtək safdırsa sənin niyyətin,
Qalmaz qapılarda heç səadətin.
Niskillər, acılar verən həsrətin, 
Yalandan üzünə gülməyə nə var?


165
Сечмяляр (шеирляр)
Bitirmə sinədə hicran kolunu,
Zəncirlə qəminin o əl-qolunu,
Salsan ürəyimdən sevgi yolunu,
Sevgilim, dərdindən ölməyə nə var?
10.12.1999
 GƏLMİSƏN MƏNƏ 
Sənin baxışının bənzəri yoxdur,
Od tökür sinəmə gözlərin yenə.
Üstündə iblisin nəzəri yoxdur,
Sən ayrı dünyadan gəlmisən mənə.
Könlümdə anbaan duyğular coşur,
Bahar selləritək qaynayıb daşır,
Ürkək xəyalınla hey pıçıldaşır...
Sən ayrı dünyadan gəlmisən mənə.
Eşqin şahin təki könlümü çalar,
Girib ürəyimin içində qalar,
Bütün vücudumu əlinə alar,
Sən ayrı dünyadan gəlmisən mənə.
Səndə rüzgarların coşqunluğu var,
Qərib durnalartək çaşqınlığı var,
Qəlbin dağ selitək daşqınlığı var,
Sən ayrı dünyadan gəlmisən mənə.
Dönür duyğuların gur leysanlara,
Bir həyat verirsən bu lal anlara.
Heç bənzərin yoxdur bu insanlara,
Sən ayrı dünyadan gəlmisən mənə.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin