|
Ширин Ханым Кяримбяйли Шадиман
HƏSRƏT MƏNİMDİ
176
Ширин Ханым Кяримбяйли Шадиман
HƏSRƏT MƏNİMDİ
İndi başqalaşıb əvvəlki gediş,
Ürəyin özgənin, həsrət mənimdi.
Könlümlə etdiyin əvvəlki gərdiş,
Dünyanı tutmayan xiffət mənimdi.
Duyğusuz çocuqtək oynadın baxtla,
Köksümdə qurduğun şahanə taxtla,
Dönük xatiratı əmanət saxla,
Bəxşiş elədiyin nifrət mənimdi.
Özgənin eşqini oxşa zövq ilə,
Alış duyğu ilə, parla şövq ilə,
Nə qədər ömrün var, qon güldən-gülə,
Qovhaqov gedişdə heyrət mənimdi.
Zamanın ağrısı, acısı yükdü,
Dünya da hər dərdə dözən müdrikdi,
Həyatım əlində bir zərif tükdü,
Arzusu qəfəsdə, qeyrət mənimdi.
Ey qəmdən danışan, eyləmə nalə,
Al dodağa həsrət qəm bir piyalə,
Dözmüsən, dözgünən miskincə hala,
Dərdinlə öcəşən afət mənimdi.
Dostları ilə paylaş: |
|
|