24.07.1985. Xəstəxana.
NALAN QALAN ÜRƏYİ
Həsrətinlə nalan qalan ürəyi,
Alıb qanadına xəyal yelkəni.
Fəryadım ağladır göyü, fələyi,
Necə gözləyirəm, necə mən səni.
Azalıb zərifcə həyatın ətri,
Sanki heçə dönüb dünyanın xətri,
Qələmim sitəmlə yazır hər sətri,
Necə gözləyirəm, necə mən səni.
Sənsiz havasızam, sussuzam, müdam,
Sənsiz öz oduna alışan odam,
Sənsiz ürəyimə, özümə yadam,
Necə gözləyirəm, necə mən səni.
Unudub dünyada bütün hər şeyi,
Məzara qoymuşam dərdi, gileyi,
Sızlar gecə-gündüz qəlbin gileyi,
Necə gözləyirəm, necə mən səni.
Ürəyim hicrinlə yanar gizlicə,
Sənə şərqi yazar, hey incə-incə,
Çıxmışam yollara elə indicə,
Necə gözləyirəm, necə mən səni.
10.04.1991
|