173 Сечмяляр (шеирляр)
KÖNLÜMÜN DİLİN BİLİB Könlümün dilin bilib, çaldırmadın saz kimi,
Elə məndən aralı qanad açan ley oldun.
Sən ki, meydan oxudun dəli-dolu yaz kimi,
Dərdimi dastan edən sızlar-ağlar ney oldun.
Mən sənə bağlı oldum, sən məndən qaçar oldun,
Qara bəxtli ürəklə xısın-xısın oynadın.
Bəxtimin bağçasından yad bağa uçar oldun,
Elə kor bulaq təki içəridən qaynadın.
Acı yellər əsdikcə ömrümün illərində,
Sən məndən üz çevirib yadlara dildar oldun.
Məhəbbətin bəxtimin ağardı tellərində,
Gözlərim baxa-baxa özgələrə yar oldun.
Fəqət, sızlar kamantək ağlaram zarı-zarı,
Nə sızıltı, nə ahlar könlünə əsər etməz.
Taleyimin bir qələm, bir də könüldü yarı,
Ünümə aləm gələr, əlim əlinə yetməz.