Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə138/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   134   135   136   137   138   139   140   141   ...   282
 09.07.1986 Nasosnu


186
Ширин Ханым Кяримбяйли Шадиман
SƏN ÇIXAYDIN QARŞIMA 
Dəli könül dağ selitək daşanda,
Qarışaydı diləklər göz yaşıma.
Bağrım, köksüm ilham ilə coşanda,
Məni sevən, sən çıxaydın qarşıma.
Eşq qonanda zirvələrə qar təki,
Könlüm nəğmə oxar kaman, tar təki,
Ürək parça-parça olur nar təki,
Məni sevən, sən çıxaydın qarşıma.
Açılıbdı çöl-çəməndə çiçəklər,
Bağlayıbdı başlarına ləçəklər,
Nə desə də mənə ağzıgöyçəklər,
Məni sevən, sən çıxaydın qarşıma.
Sənsən könlün əzəl-başdan rənası,
Məhəbbəti sanma ömrün fənası,
Olmaz yarsız ömür-günün mənası,
Məni sevən, sən çıxaydın qarşıma.
Darıxıram səsin-sədan gəlməsə,
Gözüm baxmaz, könlüm baxmaz bir kəsə,
Ürəyimin sirin deyim mən kəsə,
Məni sevən, sən çıxaydın qarşıma.
Ömür ötür, zaman qaçır, gün qara,
Çəkir mənim ürəyimi qəm dara,
Ürəklərin ülfətində var çara,
Məni sevən, sən çıxaydın qarşıma. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin