17.08.2008, Pirallahi
***
Sənin çırağının piltəsiyəm mən,
Onu yandıranda ağrını düşün.
Dilinin hayqıran gur səsiyəm mən,
Səs avaz edəndə bağrını düşün.
Sevda yolçuları yorğun olurlar,
Süzgün baxışlara oğrun olurlar,
Dəlitək ürəyə vurğun olurlar,
Onu oğurlayan oğrunu düşün.
13.05.2011. Pirallahi
188
Ширин Ханым Кяримбяйли Шадиман
BU DÜNYAYA EŞQİN DƏYƏR
Nə olardı aqibətim,
Tapmasaydım səni əgər?
Ey saf olan məhəbbətim,
Bu dünyaya eşqin dəyər.
Dərd içindən keçib getdim,
Zəhərini içib getdim,
Mən bu yolu seçib getdim,
Bəs deyilmi eşqə məgər?!
11.04.2009. Pirallahi
GƏLMƏDİN, GƏLMƏ DAHA
Ağladı gözdə yaşım,
Ürək yol verdi aha.
Dərddən dincəlmir başım,
Gəlmədin, gəlmə daha.
Qəlb qırmaq yaxşı deyil,
Kimə salmısan meyil?
Eşqim didərgin veyil,
Gəlmədin, gəlmə daha.
Sevgidən süfrə açdım,
Günəş olub nur saçdım,
Dərdindən çölə qaçdım,
Gəlmədin, gəlmə daha.
Gözləmək ağır dərddir,
Aramızda nə səddir,
Gün bir-birindən bəddir,
Gəlmədin, gəlmə daha.
189
Сечмяляр (шеирляр)
Həsrətə dərd açmadın,
İntizardan qaçmadın,
Bağlı qapım açmadın,
Gəlmədin, gəlmə daha.
Dostları ilə paylaş: |