261
Сечмяляр (шеирляр)
I PƏRDƏ 2-ci ŞƏKİL.
Axşam tərəfidir. Göz önünə Camalın cah-cəlallı varidatla
dolu evi gəlir. Böyük qonaq otağı başdan-başa göz oxşayır.
CAMAL /özündən razı halda pul sayır./
Sələm qaldırıbdı
məni ayağa,
Könlümü, qəlbimi döndərib dağa.
Deyirlər haramdı
bu tutduğun yol,
Tanrı belə işə heç qoymayır qol.
Fəqət, mənim qarnım,
gözüm tox olsun,
Qoy aclıq, səfalət bizdən yox olsun!
Əzməsin dünyada ehtiyac canı,
Ehtiyac alçaldır yalnız insanı.
Dostları ilə paylaş: