Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə197/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   193   194   195   196   197   198   199   200   ...   282
VI
CƏBRAYIL MƏZARSTANI
Sinəm sitəmdən qəmdi,
Allah bu nə ələmdi,
Dağılan o məzarlar
Haqqa çatan naləmdi.
Cəbrayıl əsirlikdə,
Zülüm qanda, ilikdə,
Batdı dilsiz qəbirlər,
Yandı o min illik də.


245
Сечмяляр (шеирляр)
 «Aşıq Pəri» qızları,
Ey saz-söz ulduzları,
Maralyanlı Pərinin, 
Ruhu gecənin tarı.
Qara don, vücud incə,
Uçar gələr, hər gecə,
Cəbrayılı dolaşar
Bu fəğan, bu bilməcə.
Deyir hanı oğullar,
Məzarlar əsir qullar,
Haray, haray burada
Ruhları da boğullar.
Tarixlər yaraşığı,
Pəridir haqq aşığı,
Yağı məzardan etdi
Maralyanlı aşığı.
Cəbrayılda qan, qada, 
Ərlər şəhid davada,
Ruhların da taleyi
Asılıbdı havada.
Ruhu dağlı, ey pəri
Səslə igidi, əri,
Qisas deyər məzarın
Şuşadan üzübəri.


246
Ширин Ханым Кяримбяйли Шадиман
VII
FÜZULİ MƏZARSTANI
Sükutla dolaşır, o əsir ruhlar,
Göyün sinəsindən dikəlir ahlar.
Qisasa çağırır zamanın özü,
Kor edilib haqqın müddətdi gözü.
Yurdun qurğuşundan bağrı yarılır,
O lal qəbirlərlə güllə sarılır.
Şəhid məzarların yarası isti,
Zülmün ədalətin yolunu kəsdi.
Dünən el uğrunda şəhid olmuşlar,
Bir anda həyatı, haqqı solmuşlar,
Yağı tapdağında bu gün əzilir.
Zülüm çoxaldıqca haqq da nazilir...
I-ci RUH
Anam məni arama,
Hey-vay demə yarama,
Əsir düşdü məzarım,
Köz basıldı yarama.
II-ci RUH
Ayam, səhərlər sönnəm,
Əngin səmaya ennəm,
Yağı duyuq düşməsə
Gecə yurduma dönnəm.
III-cü RUH
Öldüm yurd savaşında,
İyirmicə yaşımda,
Yaralarım sızlayır,
Əsir bu dam-daşımda.
 
 IV-cü RUH
El olmasın arxasız,
Heç solmasın arxasız
Məzarla dolmuş qanım
Bir yol ara, arxa sız.


247
Сечмяляр (шеирляр)
***
Canların şikayəti
O qanlı hekayəti
Füzulinin ruhunu
O didərgin ahını
Uçurtdu Kərbəladan,
Qurtarmaqçın bəladan.
Bu əsir Füzulini,
Ocaq tutmaz külünü,
Yenidən közərtməkçin, 
Həyatı göyərtməkçin,
Füzuli nalə çəkdi.
Ruhu dünyaya çökdü,
Qisas dedi, rüzgara,
Saza, kamana, tara,
Dedi: «Ölməkmi çara?
Cəng, cida edək xara.
Geyindik bəsdi qara.»
Sözə tutaraq divan,
Dağıl dedi, ey dövran!
Didərgin, qəm şairim,
Könlü ələm şairim,
Yüz illər çarpışmada.
Zamanla yarışmada.
Ruhu da yana-yana
Ağlar Azərbaycana!


248
Ширин Ханым Кяримбяйли Шадиман
VIII
AĞDAM MƏZARSTANI
Ağdam, ağca damın qara boyandı,
Yandı imarətlər, saraylar yandı.
Səni də qurbanlıq etdi satqınlar,
Bunun da bir zaman məhşər günü var...
Məscidin soyuldu, minbərin uçdu,
Min illər tarixdən silinməz suçdu.
Burda Xocalının şəhid ruhları, 
Burda ölmüşlərin qanlı ahları.
Cocuğun, çağanın qəbri əsir,
Uçmuş məzarlara güllə tələsir.
Burda Saybalının şivəni, vayı, 
Əsir məzarların bilinmir sayı...
I-ci RUH
Üzür ruhu əndişə,
Çəkilir zaman dişə,
Necə dözsün, İlahi,
Şəhid ruhun gərdişə?
2-ci RUH
Qəbrim yüz illər boyu,
Yaşadır kökü, soyu,
Yağıya əsir məzar,
Uyu, yad əldə uyu!
 3-cü RUH
Xocalıda yanmışam,
Zülümdən usanmışam,
Məzarım, şükür eylə,
Bu tağda dayanmışam.
 4-cü RUH
Məzarda yaram göynər,
Tapdar yağı öyünər,


249
Сечмяляр (шеирляр)
Ruhum uçar gecələr
Məzarımda döyünər.
 5-ci RUH
Ahım vaydı Ağdama,
Əsir divara, dama,
Şəhid oldum, yurd, vətən,
Məzarımdan qan dama.
 6-cı RUH
Saybalının yurdu qan,
Əsir məzar, əsir can,
Özünü öyən kəslər –
Yurdunu apardı qan.
Beləcə ağlayır ruhlar əsir, qul,
Hər məzar içində bir şəhid oğul,
Ağlayır Horadiz, Ağdərə eli,
Əsirdi dağların o gurşad seli!
Ruhlar intiqama çağırır bizi,
Deyir ki, eşidin fəğanımızı!
O küncdə-bucaqda gizlənənləri,
Yad eldə əl açıb dizlənənləri,
Ruhlar intiqama çağırır, vallah,
Qırılsın zəncirlər deyir bir sabah...
Əsir məzar üstdə hər ruh yarımcan,
Qurtar bizi deyir, ey Azərbaycan!
 26-31.12. 1993. Pirallahı


250
Ширин Ханым Кяримбяйли Шадиман
BALACA ŞƏHİD FARİZİN HEKAYƏTİ 
 
8 martda öz evlərinin həyətində oynayarkən 
erməni snayperi tərəfindən vurulmuş Ağdam 
bölgəsinin Orta Qərvənd kənd sakini doqquz 
 yaşlı Fariz Bədəlovun ruhuna!
Biri vardı, biri yox,
Mənzil uzun, hünər çox.
Orta Qərvənd elində,
Söz-söhbəti dilində,
Balaca Fariz vardı,
Ona da həyat yardı.
O uşaq diləkləri,
Nazlardı ürəkləri.
Anası Şirinnazın,
Oxşardı könül sazın.
O Məlahət nənənin,
Yuyardı qəlbdən çənin.
Dayısı Elgiz onu,
Tutardı əziz onu.
Candan bala deyərdi,
Evə qala deyərdi...
***
Körpə vaxtdan taleyi,
Olmuşdu sızlar neyi.
Ata atmış anasın,
Dərdə qatmış anasın.
Dayı, nənə yanında
Həyat eşqi canında,
Böyüyürdü bu körpə,
Nənəsi öpə-öpə,
Bəsləyərdi nəvəsin,
Qoxlayırdı nəfəsin.
Məktəbə də gedirdi,
Anasın şad edirdi.
Kənd düşmənlə üzbəüz,
Atırlar gecə-gündüz.


251
Сечмяляр (шеирляр)
Məktəbə qorxa-qorxa,
Yol-izə baxa-baxa,
Uşaqlar gedir-gəlir,
Qəmləri sinə dəlir.
Başqa çocuqlar təki,
Anaya edir ərki,
Bu körpəcə balalar, 
Gələcəyə qalalar.
Bağ-bağatda qaçışmaq,
Kəpənəktək uçuşmaq, 
İstəyirlər beləcə,
Çıxmasınlar bəs necə,
Evdən çölə ay, illə.
Bir gün gələrək dilə,
Fariz dedi: «Ay ana,
Gətir çörək, çay ana.
Mən yemək istəyirəm,
Söz demək istəyirəm.
Bu gün səkkiz mart axı,
Martda çıxır dərd axı,
Burax məni həyətə,
Hə de, bu xoş niyyətə.
İstəyirəm oynayım,
Bağ-bağatla qaynayım.
Versən topu gedərəm,
Yoxsa şuluq edərəm.
Ev-eşiyi qatacam,
Kitabları atacam.
Gündüz erməni atmaz,
Görüb heç məni atmaz,
Axı mən balacayam,
Qoyun oynayıb doyam.
Dava böyüklər işi,
Uşağa batmaz dişi.
Burax gedim, ay ana,
Şadlıq edim, ay ana.
Bu gün analar günü,
Könlümdə qur düyünü.


252
Ширин Ханым Кяримбяйли Шадиман
İstəyirsən sənə bir,
Şe‘r oxuyum et səbir:
 «Mənim munisim anam,
Ən gözəl hissim anam,
Mübarəkdir bayramın,
Qalmasın qəlbdə kamın.
Səni candan sevirəm,
Sənsən həyatım, çevrəm.»
Ana güldü, sevindi,
Farizə eşqlə dindi.
Dedi: «Oyna həyətdə,
Erməni bəd niyyətdə,
Ayaq üstə gəzmə çox,
Yağılara ümid yox.
Qəfil güllə atarlar,
Qəlbimə dərd çatarlar...»
***
Fariz düşdü həyətə,
Sevinclə ötə-ötə.
Ayaqladı torpağı,
Dərdi otu-yarpağı.
Topunu atdı bağa,
Baxdı çox sola-sağa.
Qaçdı topun dalınca,
Düşmən xəbər alınca,
Snayperi tuşladı,
Sanki quşu daşladı.
Güllə başına dəydi,
Göz qaraldı, qədd əydi.
Fariz çökdü torpağa,
Ahın əkdi torpağa.
Qan bürüdü üz-gözün,
İtirdi uşaq özün,
Çığırtıyla yıxıldı.
Birdən canı sıxıldı.
Gözdə qaraldı dünya,
Sanki daraldı dünya.
Səsə anası gəldi,


253
Сечмяляр (шеирляр)
Dərdə yanası gəldi.
Çökdü balası üstə,
Bala düşüb can üstə.
Ana balam vay deyir,
Ağlar nənə hay deyir.
Batdı yasa ev-ocaq,
Çəkildi sinəyə dağ.
Kənd haraya töküldü,
Aləm vaya töküldü...
Təcili Yardım gəldi,
Haray-həşir yüksəldi.
Nalədən qopardılar,
Farizi apardılar
Xəstəxanaya onlar,
Ötdü dəhşətli anlar...
Uşaq yolda keçindi,
Dünya qanlı köçündü?...
Bu balaca oğlanın,
Necə götürdün dağın?
Qanı tutdu sabahı...
Nə idi de günahı?
Bu balaca Farizin
Qatladı yağı dizin.
***
Baş həkim Gülnarın da gözündən yaşlar axır,
Maşına tökülən qan qəlbin yandırıb yaxır.
Həkimlər, tibb bacılar qaçdı oyan-buyana,
Çaxnaşdı xəstəxana, aha batdı bir ana.
Doqquz yaşlı bir oğlan boyandı al qanlara,
Bu balaca şəhid də dağ oldu insanlara.
O körpəcə gözündə dondu həyat əbədi...
Soldu bir uşaq ömrü, çökdü həyat məbədi.


254
Ширин Ханым Кяримбяйли Шадиман
***
Baxırsan düşmənə sarı gileyli,
Elin yas içində, ey Orta Qərvənd.
Yağının sönərmi qan tökmək meyli?
Hiylələr biçində, ey Orta Qərvənd.
Bu dünya fitnələr fövqündə ağlar,
İblis sarayında şadlıqlar çağlar,
Ah edir əlimdə dilsiz varaqlar,
Dil niyə-neçində, ey Orta Qərvənd.
Bu yurdlar bizimdi, bu ocaq bizim,
Bəs niyə titrəyir əsəbdən dizim?
Qəzəbə cəng edir yaş tökür dözüm
Dərd qaynar içində, ey Orta Qərvənd.
Ayağım torpağın üstündə əsir,
Düşmən snayperi naləni kəsir,
Şəhid körpə balan məzarda əsir,
Ruhu can köçündə, ey Orta Qərvənd.
Damında-daşında lal sükut gəzir,
Bu sükut elinin ürəyin əzir,
Ağrılı könlümü məlalın üzür,
Yağı öz suçunda, ey Orta Qərvənd.
 ***
Qurulub həyətdə bir yas çadırı,
Doqquz yaşlı oğlan baxır şəkildən.
İlahi, göylərdən gəl as çadırı!
Bu bala ürəyi yaxır şəkildən...
Gözü ah söyləyir, baxışı qəzəb,
Bir cavab istəyir böyüklərindən.
Doğrayır görəni bu dəhşət, əzab,
Harayı asılıb baş tüklərindən...


255
Сечмяляр (шеирляр)
Molla yasin deyir, titrəyir səsi,
Balaca oğlana ağlayır səma.
Kəsir bu titrəyiş duyan nəfəsi,
Hər nəfəs içində üsyan var amma.
Ümidsiz baxışlar dikilib səsə,
Quran ayələri haray eyləyir.
Yasa yığılanlar nəfəs-nəfəsə,
Bəbəklər yaş tökür, dil vay eyləyir.
 ***
Əlləri qoynunda bir ana gördüm
Ağlayır ürəyi kor taleyinə.
Bəxti qara gəlmiş bir sona gördüm,
Toxuyur nifrinlər tor taleyinə.
Dərdi başdan aşır, görkəmi qəmli,
Üzündə kədərin izləri gəzir.
Kirpik ah içində, gözlər ələmli,
Şəhid balasını gözləri gəzir...
Ağlamır, içinə axır yaşları,
Sel-suya dönübdü ana qəlbində.
Donmuş gözlərindən baxır yaşları,
Yenidən alışıb yana qəlbində.
 


256
Ширин Ханым Кяримбяйли Шадиман
***
Qoca dünya, qanların, qırğınların de nədi?...
Unudubdu adamın insanlıq olan həddi.
Əzabına sarılıb bağrıqan Qarabağın,
İblislərin əliylə olubdu yara bağrın.
Hesabını çəkməyir kimsə kimin başından,
Yuyunur damın-daşın məzlumun göz yaşından.
Min bir uşaq arzusu güllə-boran dünyada,
Diləklər çaxnaşırlar ala-toran dünyada.
Bala dağlı bir ana göz yaşını axıdır,
Sanki bu olanlar da indi ona yuxudur.
Qoltuğunda ovudur qolların bədbəxt ana,
Qışqırsınmı, harayı yayılsın qoy hər yana?
Bəlkə o qoynundakı zənn edir balasıdır,
Köksü üstə sığınıb əbədi qalasıdır.
Qoltuğuna sığdığı qollara layla çalır,
Bu laylanı o indi bir ahı-vayla çalır.
Nənənin hönkürtüsü aləmi oyandırır,
Ananın lal sükutu yeri-göyü yandırır.
Yas çadırı balaca Farizə matəm tutub,
Matəm eli yandırır, dünya qulağın tutub.
Öz evində gülləyə tuş gələn bu nakamı,
Basdırdılar torpağa qaldı ürəkdə kamı.
 ***
Matı-qutu çəkilib bu yurdda adamların,
Dumanı göz yaşıtək əlçimlənir damların.
Bu kənd də əsir kimi yaşayır öz evində,
Bacada gizli tüstü salmayır köz evində.
Gözlərdə həyat eşqi batır-çıxır quyuda,
Bütün ümidlərini sanki sıxır quyu da.
Kənddə heç kim heç nəyi aşkara edə bilmir,
Heç kim yolda-irızda piyada gedə bilmir.
Atəşkəs olsa belə snayperə tuş gələr,
Biqəfil gələn güllə onu qanına bələr...



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin