V
ZƏNGİLAN MƏZARSTANI
Qubarlı sinələrdə dağa dönmüş, Zəngilan,
Nə zamandı ocağı, odu sönmüş, Zəngilan,
Yağıların əliylə dağıldı binələrin,
Hanı qaçqına dönmüş min-min igidin, ərin?
Köksündə ki, acını silməyə gücüm çatmır,
Niyə şivən-müsibət ilahini oyatmır?
Bu şəhidlik, göz yaşı nə zamandı bitməyir,
Nahaq qanlar, ölümlər Allahıma yetməyir.
Zavallı vətən yenə inildəyir davada,
Taleyimiz asılı fəqət, yenə havada.
Qalibiyyət gələcək buna mən inanıram,
Sübh, erkən yuxumdan da bu eşqlə oyanıram.
Qana susuyanları Allah silsin bəşərdən,
Məmləkətim, millətim qurtulsun qara şərdən.
Yer üzünün savaşı nə vaxt, İlahi, bitər,
Yetər bu çarpışmalar, bu qanlar yetər, yetər!
|