241
Сечмяляр (шеирляр)
III
KƏLBƏCƏR MƏZARSTANI
Sükuta bürünüb burda yurd, yuva,
Qarı düşmən çıxır dağında ova,
Haçan bitər sona bu qanlı dava?
O dədə Şəmşirin əsir məzarı,
İnləyir, sızlayır hey zarı-zarı.
Sinəsi yaralı Kəlbəcər miskin,
Cavanı, qocası, oğlu didərgin,
Zaman necə ötür burada gərgin.
Daşınır altunu, parası elin,
Yağı əsir edib qızın, gəlinin...
Yanır dədə Şəmşir yanır gorunda,
Kəlbəcər elatı yağı torunda.
Alışdı min illik tarix qorunda.
Ruhların dilində hər addım ayə,
Geyib qara donlu bir qiyafiyə.
Göydə pərvaz edib uçuşur onlar,
Əcələ bac vermiş min illik canlar.
Cismi qəbirlərdə o ruh insanlar
Ağlayır, zamanı səsləyir aha,
Əbədi dünyadan baxır sabaha.
O dədə Şəmşirin məzarı ağlar,
Çəkilib ruhuna min yerdən dağlar.
Batıb, yasa batıb, o əsir dağlar,
Aşığın evinin soydu yağılar,
Bu dərddən el nədir, gör da dağılar.
|