239
Сечмяляр (шеирляр)
Pənah xan, İbrahim xan,
Yenidən
verirdi can
Vaqifin gözündə qan,
Vidadinin yurd ahı
Ağladırdı sabahı.
Mələk donlu Natəvan,
Naləsi, qəmi rəvan.
Dilində zaman, dövran,
Ruhu
Şuşa düzündə
Bir inciklik üzündə.
«Hanı mərd qalam» dedi,
«Hanı ər balam» dedi,
«Satqınlıq eli yedi»,
Bir nalə vardı anda,
Uçurdu qara donda.
Şuşa məzarıstanı,
Əsir pak adı-sanı,
Deyir: «İgidlər hanı?
Açsın bağlı qolumu,
Kəsib gavur yolumu.»
II
LAÇIN MƏZARSTANI
Laçın tərlanların qoruq meydanı,
Axdı xainlərin əlində qanı.
Gəzdi yoxuşlarda şeytan barmağı,
Dəydi ormanlara yağı ayağı.
Laçın ucalıqdan dərəyə düşdü,
Allah bu nə fəğan, bu nə yürüşdü?
Ərləri yağıyla
hər gün döyüşdü,
Laçın ucalıqdan dərəyə düşdü.