234
Ширин
Ханым Кяримбяйли Шадиман
BU YERDƏ
Payız gələr, xırmanlıqlar saralar,
Yığın-yığın göyü alar buludlar.
Avqust ayı, günün ömrü daralar,
Səmalarda köçün salar buludlar.
Bu
yerlərdən uçar köçəri quşlar,
Hönkürtüylə ağlar qara buludlar.
Gur leysanlar göyün gücün alqışlar,
Gələr ərzi yara-yara buludlar.
Ağacların uca qəddi bükülər,
Fəğan
edər yerdə, göydə küləklər.
Sarı yarpaq ayaq altda tökülər,
Qaçıb özün künc-bucağa bələklər.
31.08.1988 Tağay
AY PAYIZ GECƏSİ
Əsər
pak sinəndə sərin küləklər,
Qoşa pərvazlanar yenə ürəklər,
Uçar
zirvələrə min bir diləklər,
Ucalar sevginin divanə səsi,
Ay payız gecəsi, payız gecəsi.
Gör
nələr düşünər ürək bir anda,
Qurular toy-büsat dağda, aranda,
Ay işıq seliylə köksü yaranda,
Pak
nura boyanar sevgi küçəsi,
Ay payız gecəsi, payız gecəsi.
Yenə qatarlanıb saysız ulduzlar,
Göyün də, yerin də öz calalı var.
Bu
səssiz səmaya gəl car çəkək, car,
Coşsun duyğuların safı, incəsi,
Ay payız gecəsi, payız gecəsi.
05.09.1986