Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман  GƏL MÜBARƏK BAHAR



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə183/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   179   180   181   182   183   184   185   186   ...   282
228
Ширин Ханым Кяримбяйли Шадиман
 GƏL MÜBARƏK BAHAR 
Gəl mübarək bahar, gəl qədəmi xoş,
Könlümə yepyeni bir təranə qoş,
Ötməsin anlarım sərsəritək boş,
Sinəmə hərarət gətir odunla,
Dünyaya yenidən gəlim adınla.
Gəl mübarək bahar, gəlişin təzə,
Bitir novruzgülün çəmənə, düzə,
Xoşqədəmli gətir Novruzu bizə,
Könlə həyat olsun bu səadətin,
Necə təravətli, ulu adətin.
Yetir məmləkətə yeni ilini,
Diz çöküm önündə öpüm əlini,
Qoy bir sığallayım yaşıl telini,
O gül cəmalına uysun ürəyim,
Coşsun gəlişinlə hər bir diləyim.
Gəl mübarək bahar, könül gözləyir,
Sənin gəlişinin anın izləyir,
Ruhum cisimindən qəm təmizləyir,
Gər bağrım başının odla ahını,
Göstər bu dünyaya xoş sabahını.
Gəl mübarək bahar, fəsillər qızı,
Sirli kainatın parlaq ulduzu,
Ey billurtək çeşməm, pak, təmiz quzu,
Sığım ürəyimin içinə səni,
Necə təlatümə gətirdin məni.
Gəl mübarək bahar, mələktək gözəl,
Sənin məhəbbətin hər eşqdən əzəl,
Həm bayatı, qoşma, həm dürüst qəzəl,
Şerlər sultanı, şairlər şahı,
Sən ey təbiətin sevgi allahı!


229
Сечмяляр (шеирляр)
Gəl mübarək bahar, könül açılsın,
Sinəmin atəşi ərzə saçılsın,
Bütün pisliklərdən, qəmdən qaçılsın,
Gəl çat tonqalları, əbədi yansın. 
Novruzun gəlişin bu yer, göy ansın.
Gəl mübarək bahar, əziz bayramım,
Ulu qan yaddaşım, müqəddəs kamım,
Bəzənsin şamlarla bu könül damım,
Qopsun zülmətlərdən, ruhum ucalsın,
Yeri də, göyü də əlinə alsın.
Gəl mübarək bahar, qəlbə həyat ver,
Bu sınmış könlümə qol ver, qanad ver,
Bu köhnə dünyaya təptəzə ad ver,
Tökülən qanlardan doysun yer üzü,
Bir də ağlamasın bəşərin gözü!...
Gəl mübarək bahar, al Şadimanı,
Dəli irmaqlartək hey coşsun qanı,
Bütün kainatdır onun ünvanı,
Gəzdir qarış-qarış qəlbi özünlə,
Qoy baxsın cahana sənin gözünlə.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin