227
Сечмяляр (шеирляр)
Necə yaşılı
don geyindi bağlar,
Çeşmələr torpağın döşündə çağlar,
Ruha
qida verər ətirli çağlar,
Çünki bahar gəlib, İlahi, bizə,
Təzədən həyatdı o qəlbimizə.
Açar
ağaclarda yarpaqlar bir-bir,
Gilavar bağların qoynunda xəlbir,
Xəlbəti
küləklə kəpənək əlbir,
Çiçəkdən çiçəyə uçar bir anda.
Həyatdan köç edər güldən doyanda.
Dolaşar bağları quşların səsi,
Havadan duyular yazın nəfəsi,
Qışın əsiri yer qırar qəfəsi,
Sanki, «Yallı» gedər baharla çöllər,
Baharın özütək al geyər ellər.
Odur təbiətin nazlı mələyi,
Coşdurar
sinədə arzu, diləyi,
Yaşamaq eşqiylə dolan ürəyi
Diləklər
üstünə qovar yel kimi,
Bahardır ürəyin yalnız həkimi.
Quşların cəh-cəhi bağda sazəndə,
Günəş od pərisi,
bahar nazəndə,
Dağların boynuna dolanar çən də,
Qovar sis, dumanı
o yaz yelləri,
Qıvrılar ilantək yağmur selləri.
Yaz səadətidir dağın, daşın da,
Gəlindir çatılan ocaq başında,
Həyatdı buludun o göz yaşında,
Gözümüz önündə çiçəkdi bahar.
Bütün fəsillərdən göyçəkdi bahar.
30.04.1999