230
Ширин
Ханым Кяримбяйли Шадиман
BU PAYIZ
Bu payız yarpaqlar – sarı kəhraba,
Axır günlərini yaşayır, eyvah.
Buludlar qapqara geyinib əba,
Dumanlı, çiskinli açılır sabah.
Hərdən
də göylərdən parlayan şimşək,
Səmanın ürəyin yarır ikiyə.
Dolaşır
bağlarda xəzri tənha, tək,
Sərçələr özünü vurur səkiyə.
Bu payız torpağın bağrı qaralıb,
Quşlar pəncərəmə sıgınıbdır hey.
Günəş də, heyvatək, sanki saralıb,
Üzündən, gözündən oxunur giley.
Küləklər ruhumda nəğmətək gəzər,
Bu
nəğmə könlümə duman ələyər,
Anasından ayrı
quzuya bənzər,
Payızın əlindən yer-göy mələyər.
Sanki, ac canavar, torpağın özü,
Saplağından qopan yarpağı udur.
Balasını atan insafsız düzü,
Təbiət bağçanı, bağı unudur.
Payızın bilmədən yaşayır insan,
Ölərkən həyatı ona bir andır…
Budağdan ayrılan
hər yarpaq bir can,
Həyatın o üzü ona divandır..!
08.11.1998