*** Gəlmişəm öz canı verəm eşqlə qurban Vətənə,
Ola min canım əgər, edərəm qurban Vətənə.
Edirəm səcdə onun torpağının danəsinə,
Şükür, Tanrım eləyib ağlımı səhman Vətənə.
Canı bədəndə olan bilməlidir yurdu piri,
Odur ki, sevgimi də, qılmışam peyman Vətənə.
Ürəyim vurmadadı bu dildarın eşqi ilə,
Çünki canı yaradıb İlahi iman Vətənə.
Çıxıram seyrə düzə, çölə, çəmənə, nə qəmim?
Alıram zövqü-səfa qəlbə mehriban Vətənə.
225 Сечмяляр (шеирляр)
Bayrağım boyanı seçib qırmızı, yaşıl, göyü,
Türkü-göy, dini-yaşıl, qırmızı pak qan Vətənə.
Şadimana, hünəri meydana səslə, nə süküt,
İndi zəfər çağıdır məlhəmi fərman Vətənə.