222
Ширин
Ханым Кяримбяйли Шадиман
***
Nə gərək ki, bu qədər çəkəsən əzabı, bəşər?
Kəsilibdi ahına yerlə-göyün tabı, bəşər.
Səni Xilqət yaradıb Adəmi qəhr etmək üçün,
Kinin
aləm götürüb, dildə zəhər qabı, bəşər.
Ağrına, acına yaşlar axıdır göydə fələk,
Yoxdu bir ürəyinin dünyada heç babı, bəşər.
Min cürə rənglərə tutdun sinənin içini sən,
Qarə
görür ya gözün, ya yaşıl, ya abı, bəşər.
Dərd çəkib məzarına aparır hey gündüzünü,
Günün gah atı qovur, gah da axsaq yabı, bəşər.
Tərəzinin gözünü əymisən öz əlin ilə,
İtib ağlından elə Allahın hesabı, bəşər.
Bir çoxu dinlərə baxır qanlı
savaşlar üçün,
Çəkir ərşə fəqanı haqqın hər kitabı, bəşər.
Niyə Xilqətə tərəf baxmayır adəm uşağı,
İmanı kində boğur, başlar olub babı, bəşər.
Kim edib qul zamanın haqqına divanəliyi?
Gələr bir gün yetişər haqqın inqilabı, bəşər…
Şadimanı niyə bəs qoymadı gülməyə həyat?
Göstərə üzünü iblis, ata niqabı, bəşər.
Dostları ilə paylaş: