220
Ширин
Ханым Кяримбяйли Шадиман
***
Bir dəm zamanım getməyir hicranına qarşı,
Can niyə bəs hicrana düşüb canına qarşı?
Mən ki, yatıram hər gecəni sübhi-xəyalla,
Diləklərim olmadı heç dövranına qarşı.
Arzu mələyi başımın üstündə dolaşır,
Gəl etmə vəfasızlığı zamanına qarşı.
Dilin acısı
qəlbə girib sitəmlər edir,
Bir kimsə çıxmayıb hələ fərmanına qarşı.
Etməginən Şadimanın ağlına seyri heç,
Bir dəm ağıl çıxmayıb can dərmanına qarşı.
Dostları ilə paylaş: