28.11.2013. Pirallahi *** Məni Leyli eləyən yarıma deyin gəlsin,
Qəlbimin atəşini söz ilə öyün gəlsin.
Çıxarıb eşqimi candan elərəm hicrana,
Dözməyir nə ki ürək, min belə beyin gəlsin.
Etmirəm həsrətə tab, bir yetirin siz ona,
Kəsərək intizarın taqəti-heyin gəlsin.
Hanı hicran acısı çəkdirənin insafı?
Yolu asta eləyib, sonra da yeyin gəlsin.
Sübhü həsrətə atıb yatmayıram axşamlar,
Tutub vüsala üzü, bəzəyib əyin gəlsin.
Baxın əhvalıma bir hali-pərişanam mən,
Çəkdiyim acıları siz ona sayın gəlsin.
Söyləyin Şadimanın dərdinə yoxdu əlac,
Təkləyib ayrılığı başına döyün, gəlsin.