216
Ширин Ханым Кяримбяйли Шадиман
***
Dərdim şığıyıb ah ilə aləmləri gəzdi,
Düşdü ağıza nəğmə təki dilləri gəzdi.
Çıxdı ürəyim seyri-səfaya diləyimlə,
Açdı qanadın durna təki yelləri gəzdi.
Divanəliyi vurdu başıma dəlisayaq,
Qoşdu günümü həm ayı, həm illəri gəzdi.
Qondu gülüşü dodağıma şəkkəri-qəndtək,
Qaçdı təbimin bağına bülbülləri gəzdi.
Hicranlara ömür ələdim hər sətirimlə,
Misram yığışım gözdən axan selləri gəzdi.
Bir kimsə tə‘nə eyləməsin Şadimanlığı,
Sevdalı təki misralarım elləri gəzdi.
Dostları ilə paylaş: