214
Ширин
Ханым Кяримбяйли Шадиман
***
Gülür üzdə vüqarım sevgili dildar eşqinə,
Gəlirəm bağça-bağa hər sabahı yar eşqinə.
Oxşayır üz-gözümü
yel təki sevda mələyi,
Götürüb aparıram ruhumu ah-zar eşqinə.
Qopa bilməz diləyim,
heç cürə qəlbdən, bilirəm,
Onu cantək salıram bağrıma ilqar eşqinə.
Vəfa qılmaz ürəyim yad nəzərin sevdasına,
Açıram ürəyimi cümlə vəfadar eşqinə.
Əhdi dildə arayan,
sevməlidir əhdin özün,
Ona peyman edəməm pul-para, bazar eşqinə.
Yarı candan sevənin heç olmayır qeylü-qalı,
Onu canda arayın, aramayın var eşqinə.
Şadimanın ürəyi bağlıdır
öz sevgisinə,
Ona vurğundu könül gül təki gülzar eşqinə.
Dostları ilə paylaş: