20.12. 2004 *** Fələyin mehrinə bax, hər anda min qan eləyir,
Ürəyi eşqə salır, bu eşqə hicran eləyir.
Qan olan ürəyimin mə’nası yalnız eşqidir,
Düşürüb çənə onu öylə yarımcan eləyir.
Düşməyən eşq oduna bilməz nədir cəfası,
Kim ki, yandı atəşə ona sitəm can eləyir.
Hər zaman sevdamızın ağrısına yandı könül,
Bəs nədəndir ürəyi hicr odu büryan eləyir?
Bizdən əvvəl də sevənlər yandılar atəşlərə,
Tutuşan qəm oduna ömrünü nalan eləyir.
Sanma sevdanı hünər, çox bəlaya düçar edir,
Qəmi illərlə verir, nəş’əni bir an eləyir.
Şadimanın bulma gəl dərdinə çarə, ey təbib,
Yoxdu hicrinə əlac, o, qəlbi büryan eləyir.
17. 02. 2005