Shirin xanim Sechmeler 4-cu ktab indd


Сечмяляр (шеирляр) ***



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə160/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   156   157   158   159   160   161   162   163   ...   282
209
Сечмяляр (шеирляр)
*** 
Yenə qan ağlayacaq möhnəti-hicranda könül, 
Yenə hicran qəmi hökm eyləyəcək canda könül.
Yenə Məcnunu salıb eşq oduna yandıracaq,
Yenə nalan olacaq, Leylitək, hər yanda könül.
Yenə cismim yanacaq atəşə pərvanə kimi,
Yenə can qalmayacaq şəm`i-şəbistanda könül.
Yenə bu millətə hökm etmədidir zalimlər,
Yenə meydan sulayır hər biri bir donda könül.
Yenə can mülkümü bu eşqin odu yandıracaq,
Yenə gəl Şadimanın halını gör onda könül.
 21.12.1997
 *** 
Yenə könlüm quşu cövlan eləyir yarə tərəf, 
Görməyən tək yarini tez tutur üz zarə tərəf.
Məni cəzb eyləməyib özgə gülün rayihəsi,
Getmişəm öz gülümü tapmağa gülzarə tərəf.
Tanıyırlar məni, sadiqliyimə heç yoxdu şəkk, 
Nəzərim yarə baxıb, baxmayıb əğyarə tərəf.
Eşqi təsdiq elədim mən də o Leyla sayağı,
Bir adam sövq edə bilməz məni inkarə tərəf.
Şadimanəm, nəzərim daima me`marı görür,
Şirinəm, baxmadayam daima me`mara tərəf.
 28.08.2001 
 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin