|
Сечмяляр (шеирляр)
***
207
Сечмяляр (шеирляр)
***
Yarı candan sevən aşiq üzülüb candan olar,
Nə bəla gəlsə əgər başına hicrandan olar.
Elə bir aşiqi göstər ki, onun yoxdu qəmi,
Aşiqin könlünə həsrət yolu hər yandan olar.
Elə bir hissdir eşq ki, onu eşqi əhli bilər,
Eşqə biganə olan sevdiyi canandan olar.
Kimsə bilməz nə zaman eşqə giriftar olacaq,
Eşq üçün tək qəlbdə cananı görən andan olar,
Eşq dərdi əbədi dərddir yanan aşiqlər üçün,
Ona çarə nə təbibdən, nə də dərmandan olar.
Şadiman, söyləmə heç kimsəyə çəkdiklərini,
Bil nə üz versə sənə haqq olan ünvandan olar.
Dostları ilə paylaş: |
|
|