Shirin xanim Sechmeler 4-cu ktab indd


   SƏNİ SEVMƏMƏK OLARMI?



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə154/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   150   151   152   153   154   155   156   157   ...   282
 11.02.2012
 
 SƏNİ SEVMƏMƏK OLARMI? 
De sənsiz qalan gecəmə,
Səni gözləyən küçəmə,
Hər sual dolu necəmə,
Heç bunu demək olarmı?
Səni sevməmək olarmı?
Ağrıdan keçib gələnə,
Əzabı seçib gələnə,
Həsrəti içib gələnə,
Hicranı öymək olarmı?
Səni sevməmək olarmı?
Ağlayıb gülən gözləri,
Dərdindən ölən gözləri,
Sirrini bilən gözləri,
Hicrana əymək olarmı?
Səni sevməmək olarmı?
Çıxart canından ağrını,
Yandırma aha bağrını,
Tutma gözlərim oğrunu,
Heç belə əmək olarmı?
Səni sevməmək olarmı?
Gəz Şadimanda günahı,
Ağlat gözündə sabahı,
Götür sevinci, ver ahı,
Heç bunu çəkmək olarmı?
Səni sevməmək olarmı?
 06.01.2012


204
Ширин Ханым Кяримбяйли Шадиман
 BİR NAĞIL DANIŞ 
Mənə gizli-gizli bir nağıl danış…
Nağılın heç zaman bitməsin, ey dost.
Özün də nağılın içinə qarış,
Ruhumun evindən itməsin, ey dost.
Qursun ürəyimdə bir quş yuvası,
Açsın bəbəyimdə min yaş yuvası.
Olsun öz siriylə lap daş yuvası,
Dərdin əli ona yetməsin, ey dost.
Hərdən gözlərində kədər görürəm,
Hər kirpik içindən min qəm dərirəm,
Süfrətək könlümə onu sərirəm,
Ağrın ürəyimdən getməsin, ey dost.
Sən ki, nağıllardan keçib gəlirsən,
Eşqin şərbətini içib gəlirsən,
Ruhumu bir yuva seçib gəlirsən,
Oradan şər-xəta ötməsin, ey dost.
Sevda yolçuları ruhsevər olur,
Ah könlə girəndə, ahsevər olur,
Ömür də bir şamdır, yandıqca solur,
Günündə qəm-qüssə bitməsin, ey dost.
Mənə gizli-gizli bir nağıl danış…
Yazıq Şadimanla gah küs, gah barış,
Gəlsə də xəzandan sonra qarlı qış…
Xəzanla sevdalıq etməsin, ey dost.
Xəzanla sevdalıq etməsin, ey dost.
 04.06.2012



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin