199
Сечмяляр (шеирляр)
Ayrılıqlar
karvan-karvan qəm yollar,
Ürəyimə necə salıb qəm xallar,
Gözlərimdə əlçatmazdı,
o yollar,
Səndən xəbər ananım yox, neyləyim?
Qismətimi aldı, qaçdı kələklər,
Saçın
yolur içimdəki diləklər,
Bir-birinin həsrətində ürəklər,
Heç halıma yananım yox, neyləyim?
Sorağında çox qalmışam şadlığın,
Nəsib olmaz bir mənə də şadlığın,
Hardan belə bu könlümə yadlığın?
Dözməyə bir sağ canım yox, neyləyim?
Ürəyimi dərdin aldı, oxşadı,
Məsum bəxtin yolları da yoxşadı,
Taleyimiz bir-birinə oxşadı,
Canım qurban, qurbanım yox, neyləyim?
Şadimanın
tellərin qəm daraqlar,
Doldu ahla, doldu vayla varaqlar,
Sağkən özüm, ölsəm ruhum soraqlar,
Candan gedib əziz canım, neyləyim?
Dostları ilə paylaş: