204
Ширин Ханым Кяримбяйли Шадиман
BİR NAĞIL DANIŞ
Mənə gizli-gizli bir nağıl danış…
Nağılın
heç zaman bitməsin, ey dost.
Özün də nağılın içinə qarış,
Ruhumun evindən itməsin, ey dost.
Qursun ürəyimdə bir quş yuvası,
Açsın bəbəyimdə min yaş yuvası.
Olsun öz siriylə lap daş yuvası,
Dərdin əli ona yetməsin, ey dost.
Hərdən
gözlərində kədər görürəm,
Hər kirpik içindən min qəm dərirəm,
Süfrətək könlümə onu sərirəm,
Ağrın ürəyimdən getməsin, ey dost.
Sən ki, nağıllardan
keçib gəlirsən,
Eşqin şərbətini içib gəlirsən,
Ruhumu bir yuva seçib gəlirsən,
Oradan
şər-xəta ötməsin, ey dost.
Sevda yolçuları ruhsevər olur,
Ah könlə girəndə,
ahsevər olur,
Ömür də bir şamdır, yandıqca solur,
Günündə qəm-qüssə bitməsin, ey dost.
Mənə gizli-gizli bir nağıl danış…
Yazıq Şadimanla gah küs, gah barış,
Gəlsə də xəzandan sonra qarlı qış…
Xəzanla sevdalıq etməsin, ey dost.
Xəzanla sevdalıq etməsin, ey dost.
04.06.2012