200
Ширин
Ханым Кяримбяйли Шадиман
SƏN ELƏ BİLİRDİN ÖLƏCƏM SƏNSİZ...
Sən elə bilirdin öləcəm sənsiz,
Sönüb gedəcəkdir şamı sevgimin.
Eşqimə
dəlitək güləcəm sənsiz,
Səninlə bitəcək kamı sevgimin.
Həsrətdən boylanıb baxacam hər gün,
Getdiyin yollarda düşüb qalacam.
Ürəyi dərdinlə sıxacam hər gün,
Sənin xəyalına mehr salacam.
Ağrını yumaqtək könlə dolayıb,
Sevda ocağıma hicran tökəcəm.
Ürəyi çamurtək dərdə bulayıb,
Yük təki arxanca sonra çəkəcəm.
Sən elə bilirdin bir payız kimi,
Saralıb düşəcək ömrün günləri.
Əyər
can tərəzim aha çəkimi,
Silərəm bəxtimdən toy-düyünləri.
Sənin düşündüyün bir güman imiş,
Güman da yollarla yeriyib gedib.
Elə
zənn etmişdin bu fərman imiş,
Solğun mürəkkəbtək əriyib gedib.
Sən elə bilirdin öləcəm sənsiz...
Görürsən, ölümdən yuxardayam mən.
Eşqin ayağına gələcəm sənsiz,
Harda düşünürdün, gör hardayam mən?!
İndi Şadimandan sorma əhvalı,
Onun əhvalını sözündən soruş.
Əgər qarışırsa könlünün halı,
Onu
sən məndən yox, özündən soruş.
01.01.2012