198 ШиринХаным Кяримбяйли Шадиман
TOXUNDUN KÖNLÜMƏ Toxundun könlümə, toxundun yenə.
Qırdın qəlb sazımın saf tellərini.
Necə alışmasın qəzəbdən sinə,
Aldatdın ömrümün pak illərini.
İndi taleyə də nifrət edirəm,
Madam o yazıbdı səni bəxtimə.
Nifrət arxasınca düşüb gedirəm,
Özüm də gülürəm öz niyyətimə.
Toxundun könlümə, sənə alqışlar,
İgiddən igidmiş səndəki hünər.
Saldın ürəyimin evinə qışlar,
Necə ki, dumanlar dağlara enər.
Ey başım, bu qədər saflıq nə lazım?
Axı təmizliyi sevməyir çoxu.
Boranlı ömürlə qoşadı yazım,
O da, xəyallardan boylanan yuxu.