Shirin xanim Sechmeler 4-cu ktab indd


 GÜMANIM YOX, NEYLƏYİM?



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə150/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   146   147   148   149   150   151   152   153   ...   282
 28.08.1989
 GÜMANIM YOX, NEYLƏYİM? 
 Nigar Rəfibəylinin «Neyləyim» 
 şeirinə nəzirə
Könlüm, gözüm bu dünyaya yovuşmaz,
Sənsiz bir xoş zamanım yox, neyləyim?
Başım üstən hicran, həsrət sovuşmaz,
Gəlməyinə gümanım yox, neyləyim?
Göz yaşımdan dərya-dərya selə bax,
Bəyaz-bəyaz o qapqara telə bax,
Gəl bəxtimə ağı deyən dilə bax,
Dərdi oxşar kamanım yox, neyləyim?


199
Сечмяляр (шеирляр)
Ayrılıqlar karvan-karvan qəm yollar,
Ürəyimə necə salıb qəm xallar,
Gözlərimdə əlçatmazdı, o yollar,
Səndən xəbər ananım yox, neyləyim?
Qismətimi aldı, qaçdı kələklər,
Saçın yolur içimdəki diləklər,
Bir-birinin həsrətində ürəklər,
Heç halıma yananım yox, neyləyim?
Sorağında çox qalmışam şadlığın,
Nəsib olmaz bir mənə də şadlığın,
Hardan belə bu könlümə yadlığın?
Dözməyə bir sağ canım yox, neyləyim?
Ürəyimi dərdin aldı, oxşadı,
Məsum bəxtin yolları da yoxşadı,
Taleyimiz bir-birinə oxşadı,
Canım qurban, qurbanım yox, neyləyim?
Şadimanın tellərin qəm daraqlar,
Doldu ahla, doldu vayla varaqlar,
Sağkən özüm, ölsəm ruhum soraqlar,
Candan gedib əziz canım, neyləyim?

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin