196 ШиринХаным Кяримбяйли Шадиман
BİR VÜSALIN EŞQİYLƏ Bir vüsalın eşqiylə çırpınırdı ürəklər,
Necə də ayrı saldı bizi bu hava xətti.
Ağladı çocuq təki o şahanə diləklər,
Sevincim mirvaritək əlimdən düşdü itdi.
Qaldı bir əziz görüş yerlə göy arasında,
Sən mənə həsrətlitək, mən sənə həsrətlitək.
Bir vüsal yandı-söndü gözlərin qarasında,
Qaldı böynubükülü şadlığımız yenə tək.
Bu an qəmli göründü, gömgöy dəniz də mənə,
O da qəfil həsrətə kədərləndi elə bil.
Düşdü bəlalı ürək yenə dumana, çənə,
Bu qəfil ayrılığa yandı sinə, susdu dil.
Təyyarə qalxdı göyə, könlü saldı qəfəsə,
Bu insafsız pilotçu yenə ayırdı bizi.
Duyğular qolboyunkən, sevgi nəfəs-nəfəsə,
Göylə yer arasında qaldı bir görüş izi.
Əgər canlar, könüllər bir-birinə yaxınsa,
Neyləyər müvəqqəti bu ayrılıqlar bizə?!
Kiçikcik ara sözü ürəyinə toxunsa,
Baxanda unudular, bircə anlıq göz-gözə.