192
Ширин Ханым Кяримбяйли Шадиман
QONŞUDA BİR OĞLAN VAR
nəğmə
Qonşuda bir oğlan var,
Çəpərinin yolu dar,
Bizə sarı boylanır,
Üzündə gəzir vüqar.
Gülüşü üzə qonub,
Sevgisi gözə qonub,
Hiyləsi sözə qonub.
Deyirəm baxma belə,
Könlümü
yaxma belə,
Eşqə düşmək xətadır,
Qəlbə buraxma belə.
Bildiyindən dönməyir,
Alışıbdı, sönməyir,
Göydə uçur, enməyir.
Bu cür qonşuluq olmaz,
Arada şuluq olmaz.
Heç sözündən dönməyir,
Böylə xoşqılıq olmaz.
Bir bizə gələn günü,
Salaydı
ərzə ünü,
Edəydi toy-düyünü.
26.07.1985
193
Сечмяляр (шеирляр)
DAHA SÖZÜM YOXDUR
Bu dəli könlümü salaraq tora,
Vurursan sinəmə gündə min yara,
Mənim gündüzümü etmisən qara,
Bu ürək yolunda gedəcək bada,
Daha sözüm yoxdur sənə dünyada.
Çılğın duyğularım sinəsin cırır,
Yenə aramızı ayrılıq vurur,
Dəliqanlı
gənclik arada durur,
Sən ki, bacarmırsan çatasan dada,
Daha sözüm yoxdur sənə dünyada.
Sönür ay-ulduzum gözümdə axşam,
Bir ürək yolunda oldu daha şam,
Mənimtək bacarmaz alışmağı şam,
Bilirsən, öyrətdim yanmağı oda,
Daha sözüm yoxdur sənə dünyada.
Yolur saçlarını sevgim yenə də,
Hicranın toy-büsat qurub sinədə,
Qəminin
dərdindən doyub sinə də,
Məni bilə-bilə atmısan oda,
Daha sözüm yoxdur sənə dünyada.
Hicranın köksümdə tikib saraylar,
Sinəmi bürüyüb yenə ah-vaylar,
Gözlərim gözləyər, dilim haraylar,
Niyə sənə çatmır bu səs, bu səda?
Daha sözüm yoxdur sənə dünyada.
01.06.1987