194 ШиринХаным Кяримбяйли Шадиман
YAŞAYIRAM MƏN Uçur başım üstə sevgi buludu,
Yenə dilə gəlib könlümün udu,
Vüsal da, hicran da, qəm də uludur,
Məhəbbət yükünü daşıyıram mən,
Sənin xəyalınla yaşayıram mən.
Alışır içimdə odlu duyğular,
Alır başım üstün min bir qayğılar,
Gündə neçə kərəm ürək duyğular,
Məhəbbət yükünü daşıyıram mən,
Sənin xəyalınla yaşayıram mən.
Gözlərin mirvari Xəzərə bənzər,
Qəlbimin içində atlanıb gəzər,
Bəxtim havalanıb, tək səni gəzər,
Məhəbbət yükünü daşıyıram mən,
Sənin xəyalınla yaşayıram mən.
Ürək manqal qurub, közündə yanaq,
Eşqin zirvəsində birgə dayanaq,
Gəl biz lalə rəngli eşqə boyanaq,
Məhəbbət yükünü daşıyıram mən,
Sənin xəyalınla yaşayıram mən.