187
Сечмяляр (шеирляр)
***
Gəl,
həsrət əlçim-əlçim qarlar
ələyir sinəmə,
Şaxtanı, sazağı bələyir sinəmə.
Gəl,
sönən ürəyimin közü ol,
Ağlımın,
şüurumun özü ol,
Məhəbbətin
ən növrəstə gözü ol,
Dilimin dilbər sözü ol.
***
Karvan-karvan buludlar alır könlümü,
Ayrılıq ilan təki çalır könlümü,
Əzabdan-əzaba salır könlümü.
Bütün bunları sənə açdım ki,
Hər cür yalanlardan qaçdım ki,
Qəlbimdə olanları biləsən.
Bütün imkansızlıqları qırasan,
Həsrətlə aranı vurasan,
Hicranı
döndərməyəsən ilə sən,
Hər bir işini atıb gələsən,
Gələsən…
Dostları ilə paylaş: