195
Сечмяляр (шеирляр)
Eşqinin səmasın buludlar boğdu,
Başına leysanlar, dolular yağdı,
Həsrətin günəştək göylərdən doğdu,
Ayrılıq yenə də kamına yetdi.
Qopdu taleyimdə çılğın küləklər,
Ağladı ahımdan göylər, fələklər,
Qol açdı, oynadı azğın kələklər,
Düşdü yollarıma, atın səyritdi.
Onda
hər ikimiz baş-beyini qan,
Bizə asan gəldi məhəbbət, hicran,
Batdı sevdamızın
göylərində dan,
Elə bəxtimiztək eşqimiz bitdi.
Dostları ilə paylaş: