201
Сечмяляр (шеирляр)
BAĞÇAMIZDA İKİ LALƏ BİTİBDİ
Bağçamızda iki lalə bitibdi,
Qara xallar al üstünə yetibdi,
Ətrafında sarı bülbül ötübdü,
Üzlərində gəzişirlər duman, çən.
Ay sevgilim, biri sənsən, biri mən.
Bir-birinə baxışırlar nə vaxtı,
Oynadırlar zaman üstə pak vaxtı,
Ruhum coşdu, ürəyimə sel axdı,
Bu məhəbbət heç nə ilə gəlməz tən,
Ay sevgilim, biri sənsən, biri mən.
Mehlər əsir, yarpaqları titrəşir,
Nazik, incə saplaqları titrəşir,
Buta üstə papaqları titrəşir,
Mirvaritək şəbnəmləri lap dən-dən,
Ay sevgilim, biri sənsən, biri mən.
Deyirəm ki, möhnətlərə düşməsin,
Qüssə gəzib ürəkləri eşməsin,
Gəl seyr elə, şehlə dolu çeşməsin,
Xiffətlərə dözə bilmir könül, tən,
Ay sevgilim, biri sənsən, biri mən.
Şadimanın ruhu coşub yenə də,
Qəlb yerinə, bilməm nədir sinədə,
İki lalə açıb bizim binədə,
Etmək olmur nə günəşi, ayı tən,
Ay sevgilim, biri sənsən, biri mən.
02.05.2012
|