208
Ширин
Ханым Кяримбяйли Шадиман
***
Ya İlahi,
ürəyim qüssədən al qan oldu,
Eşq odunda əriyib dərdə düşən can oldu.
Ya İlahi, bu fələk qoymadı kamə yetəm,
Ciyərim yandı tamam atəşə büryan oldu.
Ya İlahi, yetişən olmadı imdadıma,
O səbəbdən də peşəm naləvü əfqan oldu.
Ya İlahi, seltək göz yaşım axdı çəmənə,
Güllərin rəngi o üzdən belə əlvan oldu.
Ya İlahi, üzü gülmür daha Şadimanın,
Etməyib tab fəraqə gözləri giryan oldu.
Dostları ilə paylaş: