Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə166/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   162   163   164   165   166   167   168   169   ...   282
 17. 03. 2005
 *** 
Gedərəm hər gecəni yuxuda Allaha tərəf,
Qovub şər əhli məni, yollamasın aha tərəf.
Dilim həqqı arayır, zülmətə yoxdu ümidim,
Yenə könlü aparır Yaradan sabaha tərəf.
Yanıram sübhə qədər röyaların təşnəsinə,
Ayrılır tez məndən ruh, gedir qibləgaha tərəf.
Yığıram dərdlərimi ürəyimin guşəsinə,
Yalvarım can evimə, atmasın gunaha tərəf. 
Şadiman, bu fələyin atəşinə yandı könül,
Qopub təndən beləcə gedir səcdəgaha tərəf.
 10. 05. 2006
 


214
Ширин Ханым Кяримбяйли Шадиман
*** 
Gülür üzdə vüqarım sevgili dildar eşqinə,
Gəlirəm bağça-bağa hər sabahı yar eşqinə.
Oxşayır üz-gözümü yel təki sevda mələyi,
Götürüb aparıram ruhumu ah-zar eşqinə.
Qopa bilməz diləyim, heç cürə qəlbdən, bilirəm,
Onu cantək salıram bağrıma ilqar eşqinə.
Vəfa qılmaz ürəyim yad nəzərin sevdasına,
Açıram ürəyimi cümlə vəfadar eşqinə.
Əhdi dildə arayan, sevməlidir əhdin özün,
Ona peyman edəməm pul-para, bazar eşqinə.
Yarı candan sevənin heç olmayır qeylü-qalı,
Onu canda arayın, aramayın var eşqinə.
Şadimanın ürəyi bağlıdır öz sevgisinə,
Ona vurğundu könül gül təki gülzar eşqinə.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin