28.11.2013. Pirallahi *** Ağladıb güldürərəm mən səni yar canım üçün,
Səni bil, can evimə bəsləyirəm anım üçün.
Mən ki, eşqinlə gecə sübhə qədər zikr edirəm,
Basıram bağrıma hicranını peymanım üçün.
Səhər çiçəklərinin ətri basıbdı çəməni,
Deyirəm bir gələsən xoş keçən zamanım üçün.
Ayrılıq çoxlarını dərdlərə ortaq elədi,
Sən də ondan qaçasan dövrana səhmanım üçün.
Çıxır candan ürəyim, dolanır arxanca sənin,
Çalışır qan sulaya dərdimə fərmanım üçün.
Mən də öz qəlbimə ovsun elədim hücrə girim,
Açır həsrətə qapı cəhd eləyir şanım üçün.
Bilirsən, Şadimanın gözləri axtarır səni,
Onun əhvalını bul, müjdəyə dön sanım üçün.