06.11.2000 *** Yenə könlüm quşu qan ağladı bülbül sayağı,
Yenə həsrət sinəmi dağladı bülbül sayağı.
Yenə sənsiz oduna dözməliyəm hər gecənin,
Yenə hicran bulağı çağladı bülbül sayağı.
Yenə yandırmadadır can evimi ahım odu,
Yenə firqət qapımı bağladı bülbül sayağı.
Yenə hicran gecəsi gəldi məni yandırıbdı,
Yenə qəmlər sinəmi dağladı bülbül sayağı.
Yenə xoş günlərə həsrətdi gözü aşiqinin,
Yenə fikri o keçən çağladı bülbül sayağı.
Yenə üz tutdu hara getdi canım qurbanı yar,
Yenə qəm Şadimanı haxladı bülbül sayağı.
21.12.1997