210 ШиринХаным Кяримбяйли Шадиман
*** Can edir cana bəla, canuva nə can yaraşır?
Getməyir canla yola, ona nə ünvan yaraşır?
Gözdən axan yaşıma olmadı bir çarə, təbib,
Eylədin zənn ürəyə qəm dolu divan yaraşır.
Ahımın naləsinə göydə uçan quş dayanır,
Niyə mən bəxti kəmə zülmü çəkən an yaraşır?
Çəksin öz pərdəsini fələklərdən qarə bulud,
Olmasın təkliyə yar, ki ona karvan yaraşır.
Köç edib, harə gedir eşqə düşən dəli könül?
Salmasın qanə canı bu eşqə sarvan yaraşır.
Bulma Şadimana ah, ah canı dustaq eləyir,
Tök ciyərimi çölə daha sənə qan yaraşır!…